Onlayn media subyektlərinə maliyyə dəstəyinin məbləği artırılıb. Arazpress.com xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi açıqlama yayıb.

Məlumatda deyilir ki, bundan sonra saytlarla aylıq 5000 manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanacaq.

Qeyd edək ki, əvvəllər bu məbləğ 3000 manat təşkil edib.

Bundan başqa, digər dəyişikliyə əsasən, onlayn media subyektinin bu dövr ərzində müvafiq dörd nəfər işçinin hər birinin əməkhaqqının minimum məbləği 800 manat təşkil etməlidir.
Xatırladaq ki, daha əvvəl üç işçinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat idi.

Bəzi ekspertlər bununla qəzetlərin sıradan çıxacağını qeyd edirlər. Onlar bildirirlər ki, bu addım qəzetlərə maliyyənin ayrılmasını dayandıracaq.

araz.az xəbər portalı.