Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ilin əvvəlindən Azərbaycan əhalisinin sayında az, vur-tut 0,3 faiz artım müşahidə olunub. Bu, 28 min 758 nəfər deməkdir.

Arazpress.com bildirir ki, Komitənin məlumatına görə, ölkə əhalisinin sayı cari ilin oktyabr ayının 1-i vəziyyətinə 10 milyon 253 min 647 nəfərə çatıb.

Əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri təşkil edib. Yenə də, kişilərin sayı qadınların sayından aşağıdır. Belə ki, əhalinin 49,8 faizi kişilərdən, 50,2 faizi isə qadınlardan ibarətdir.

araz.az xəbər portalı.