Noyabrın 16-dan 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrində payız tətili başlayacaq.

Arazpress.com xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilir ki, tətil 16-20 noyabr tarixlərini əhatə edəcək.

Tətildən sonra ilk dərs günü isə 21 noyabrda olacaq. 15-16 noyabr tarixləri həftəsonuna düşdüyünə görə, beş günlük iş həftəsi ilə çalışan ümumi təhsil müəssisələrində 6 gün, altı günlük iş həftəsi ilə çalışan ümumi təhsil müəssisələrində isə 5 gün ardıcıl dərs olmayacaq.

Qeyd edək ki, tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil ediləcək.

araz.az xəbər portalı.