
ADPU-nun Filologiya fakültəsində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Sözün zirvəsi – Vahabzadə 100” adlı ədəbi-bədii tədbir keçirilib.
Arazpress.com xəbər portalı bildirir ki, bu tədbirdə fakültənin nəzdində fəaliyyət göstərən “Meh” ədəbi dərnəyinin üzvləri şairin həyat və yaradıcılığını əks etdirən səhnəciklər nümayiş etdirib, Vahabzadənin şeirlərini səsləndirib, həmçinin mahnı və rəqs nömrələri ilə çıxış ediblər. Bədii proqramla Bəxtiyar Vahabzadə poeziyasının milli ruhu, azadlıq ideyaları və yüksək mənəvi dəyərləri tədbir iştirakçılarına bir daha xatırladılıb.
Onu da qeyd edək ki, tədbirin sonunda fakültənin dekanı, dosent Könül Həsənova “Meh” ədəbi dərnəyinin üzvlərinə fəal iştiraklarına görə Təşəkkürnamə təqdim edib.










araz.az xəbər portalı.