Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çıxışı zamanı səsləndirdiyi fikirlər humanitar diplomatiya, qlobal mədəni irsə dərin hörmət və əməkdaşlıq üçün yeni təşəbbüslər baxımından rəğbətlə qarşılanıb.

Leyla xanımın çıxışından da göründüyü kimi,  Azərbaycanda elm və təhsilin, müasir elmi uğurların inkişafında Heydər Əliyev Fondu əvəzsiz töhfələr verir və müasir elmi layihələrə daha çox dəstək ayırmaq niyyətindədir.

Heydər Əliyev Fondunun artıq 20 ildir təhsili fəaliyyətinin əsas istiqaməti kimi müəyyən edib və 500-dən çox məktəb binası inşa edib. Hazırda rəqəmsal inkişaf dövründə Fond bu istiqamətdə öz missiyanın əhəmiyyətli dərəcədə artırır.

Leyla Əliyeva Azərbaycanın xoşməramlı humanitar missiyasının xarici ölkələrdə, islam dövlətlərində davam etdirir və platforma ICESCO çərçivəsində daha fəal qurulub. ICESCO ilə uğurlu əməkdaşlıqda Leyla xanımın misilsiz fəaliyyəti hər birimizə bəllidir. Tərəfdaşlıq çərçivəsində Burkina-Fasoda məcburi köçkün qızlar üçün məktəblərin inşası, eləcə də, Mali, Çad və Komor adalarında layihələrin davam etdirildiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, BMT-nin İnkişaf Proqramı ilə birgə gənclər və əlilliyi olan şəxslər üçün regional informasiya və kommunikasiya texnologiyaları mərkəzlərinin yaradılması bu istiqamətdə həyata keçirilən mühüm işlərdəndir.

Leyla xanımın ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Maliklə görüşü və imzalanan mühüm saziş isə, Azərbaycanın humanizmə və sülhə, islam sivilizasiyasına böyük etimadı hesab edilə bilər.

Bu, ICESCO ilə səmərəli və sıx əlaqələrin, işbirliyinin daha da genişləndirilməsi deməkdir. Bu həm də, iki qurum arasında elm, təhsil, mədəniyyət sahələrində gələcək layihələr üçün növbəti fürsət kimi vurğulanıb. 

Konfrans çərçivəsində ICESCO və Həmdan Bin Rəşid Əl Maktum Fondunun 4-cü birgə “Həmdan-ICESCO” mükafatının təltif edilməsi isə, Heydər Əliyev Fondunun İslam dünyası üçün mötəbər humanitar təşkilat olduğunu bir daha təsdiq etmiş oldu.

Hamının Leyla xanım Əliyevadan gözləntiləri çoxdur, hər kəs inanır ki, o, xeyirxah və vətənpərvər bir insan, Heydər Əliyev Fondunun vitse-prezidenti kimi, bundan sonra da, Azərbaycanda və onun hüdudlarından kənarda daha yeni təşəbbüslərlə çıxış edəcək, yeni-yeni layihələr həyata keçirəcək.

Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor.

araz.az xəbər portalı.