
Mətbuatın verdiyi məlumata görə, Qusarda ağır yol-nəqliyyat hadisəsi baş verib. Arazpress.com bildirir ki, qəzada dünyasını dəyişənlərdən biri — 36 yaşlı Tamilla Ramaldanova polkovnik Elman Ramaldanovun qızıdır. Onunla bərabər, ailənin yaxın qohumu 43 yaşlı Cəmilə Bağırova da hadisə yerində ölüb.
Digər ailə üzvləri — Bakı şəhər sakinləri — sürücü 1962-ci il təvəlludlü Fariza Vladimirovna — Ramaldanova, 2022-ci il təvəllüdlü əkizlər, Arman və Adam Qoşqar oğlu Rəhimovlar və 2017-ci il təvəlludlü Rüstəm Qoşqar oğlu Rəhimov Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Qeyd edək ki, Elman Ramaldanov tanınmış hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanovun qardaşıdır. /Unikal/
araz.az xəbər portalı.