Sumqayıt şəhərində uzun müddətdir qəzalı vəziyyətdə olan “Fin evləri” kimi tanınan ikimərtəbəli binaların söküntüsünə başlanılıb.

Arazpress.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən ərazidə söküntü işləri aparılır. Hazırda bu işlər xüsusi texnikanın köməyi ilə və təhlükəsizlik qaydalarına riayət olunmaqla davam etdirilir. Briqadalar əvvəlcə kommunikasiya xətlərini təhlükəsiz şəkildə ayırıb, sonra mərhələli şəkildə binaları sökməyə başlayıblar.

Yeni layihə, Sumqayıt şəhərinin inkişaf konsepsiyasına uyğun həyata keçiriləcək və ərazinin sosial infrastrukturunun yenilənməsinə töhfə verəcək. Sakinlər bu işləri müsbət qarşılayır. Layihə çərçivəsində yeni yaşayış binalarının tikilməsi, abadlıq işləri, uşaq oyun meydançaları, parklar, parkinq sahələri və ictimai istifadə üçün digər obyektlərin yaradılması planlaşdırılır.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bu proses şəhərin 4-cü, 15-ci, 16-cı, 17-ci və 21-ci məhəllələrində ardıcıl və planlı şəkildə davam etdirilir və gələcəkdə digər ərazilərdə də oxşar işlərin aparılması nəzərdə tutulur.

araz.az xəbər portalı.