Son günlər sosial şəbəkələrdə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” Marketlər şəbəkəsinin adı ilə yayılan qeyri-rəsmi kampaniya və müsabiqələrin şirkətlə heç bir əlaqəsi yoxdur.

Şirkətin mətbuat xidmətindən Arazpress.com-a daxil olan son məlumat da bu barədədir. Həmin məlumatda deyilir:

“Rəsmi kommunikasiya kanallarımızda paylaşılmayan heç bir aksiya, lotereya və ya kampaniya “OBA”ya aid deyil.

Müştərilərə belə hallarda ehtiyatlı olmaq tövsiyə edilir:

• Şübhəli linklərə daxil olmamaq;

• Rəsmi səhifələrdə yayımlanmayan məlumatlara inanmamaq;

• Dolayı yollarla yayılan elanlarla bağlı diqqətli olmaq.

“OBA” Marketlər şəbəkəsi yalnız öz rəsmi platformalarında paylaşdığı məlumatlara görə məsuliyyət daşıdığını və müştərilərin təhlükəsizliyinin prioritet olduğunu vurğulayır”.

araz.az xəbər portalı.