
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Əməkdar memar, professor Gülçöhrə Məmmədova “Şərəf” ordeni ilə təltif edilib.
Arazpress.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü kimi Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərən Gülçöhrə Məmmədova 1953-cü ilin aprel ayının 23-də Vedi rayonunun Vedi kəndində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsini bitirib. O, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının və bir sıra digər beynəlxalq akademiyaların üzvüdür və Fransa Respublikasının “Akademik Palma” ordeni ilə də təltif edilib.
“Araz” Media Qrupu MMC-nin kollektivi Gülçöhrə Məmmədovanı “Şərəf” ordeni ilə təltif olunması münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, elmi, pedaqoji və ictimai fəaliyyətində yeni uğurlar arzulayır.

araz.az xəbər portalı.