Böyükağa Abdulla oğlu Abdullayev tərəfindən Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova ünvanladığı Müraciət bəzi media vasitələrində də dərc olunub. Arazpress.com da şikayətçinin həmin Müraciətini olduğu kimi dərc edir:

Hörmətli Fuad müəllim!

Hələ bir neçə ay bundan öncə 17.09.2025-ci il tarixdə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəisi Elşən Albəndovun qanunsuz əməlləri (hərəkətləri) ilə bağlı Sizə, cənab Prezidentə, Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya, Ədliyyə Naziri Fərid Əhmədova və aidiyyəti şəxslərə  müraciət etmişdim.

Bildirmişdim ki,Elşən Albəndov  uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş  Cəbrayıl Usubovun qızının əridir. Cəbrayıl Usubov işlədiyi müddətdə  Dövlətə sadiqliyi ilə yadda qalmasına baxmayaraq, kürəkəni-qızının əri Elşən Albəndov ona olunan etibardan, etimaddan, vəzifə səlahiyyətlərindən, qaynatasının nüfuzundan sui-istifadə edir, əməllərində korrupsiya və rüşvət amilinin göstəriciləri var və  bu barədə kifayət qədər faktları və subutları Sizə göndərmişdim.

Görünür, kimlərsə müraciətimin qarşısını almışlar cənab Prezidentə, Birinci Vitse Prezidentə və Sizlərə çatmağa qoymamışlar. Çünki, müraciətimin üstündən 3(üç) aydan artıq bir müddət keçmiş və  heç bir məlumat yoxdur. Elşən Albəndov da  öz ampulasında “işi”ni  davam etdirir.

Hörmətli Fuad müəllim!

Elşən Albəndov eyni zamanda bir neçə gün bundan öncə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmiş Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi vəzifəsində çalışmış Fərid Usubovun bacısının əridir. Görünür bunların hamısı belədir…

Bu gün Elşən Albəndovun qanunsuz hərəkətlərinin qarşısının alınmamasının obyektiv və subyektiv səbəbləri var.

Subyektiv səbəblərindən biri odur ki, görünür Elşən Albəndov vaxtı ilə qaynatasının əli ilə Prokurorluq orqanlarına layiq olmadığı posta yerləşdirilmişdir. Ona qaynatası tərəfindən “krişalıq” edilirmiş.

Obyektiv səbəblərindən biri və başlıcası odur ki, Elşən Albəndov Məhkəmə Ekspertiza Mərkəzinə rəis təyin edilməmişdən öncə Baş Prokurorluqda işləmişdir.

Tam əminliklə deyə bilərəm ki, Ədliyyə Naziri Fərid Əhmədov Elşən Albəndova “krişalıq” etməz, ona haqq da qoymaz, ondan heç vaxtı pay da istəməz.

Bəs , onda görəsən Elşən Albəndova hal-hazırda “krişalıq” edən, onun üzərinə haqq qoyan, ondan pay istəyən və bu yolla dövlətə xəyanət edən məmurlar kimlərdir?!

Belə çıxır ki, Elşən Albəndov əvvəllər Prokurorluq orqanlarında işləmişdirsə toxunulmazdır və hal-hazırda rəisi olduğu Məhkəmə Ekspertiza Mərkəzində sərbəst korrupsiya və rüşvətxorluqla məşğul ola bilər?!
Ona heç kim “qaşının üstündə qara var” deyə bilməz?!

Hörmətli Fuad müəllim!

Elşən Albəndov 26.09.2024-cü il rarixdə ƏN Məhkəmə Ekspertiza Mərkəzinin rəisi təyin edilmişdir.

Əgər, 26.09.2024-cü il tarixdən 26.09.2025-ci il tarixədək Mərkəmə Ekspertiza Mərkəzində aparılmış ekspertizalar ilə bağlı Dövlət büdcəsindən silinən Pul vəsaitı yoxlanılarsa onun külli miqdarda dövlət əmlakını mənimsədiyi-korrupsiya faktı ortaya çıxacaqdır.

Əgər, 26.09.2024-cü il tarixdən 26.09.2025-ci il tarixədək Mərkəmə Ekspertiza Mərkəzində aparılmış ekspertiza nəticəsində verilmiş rəylər yenidən ekspertiza edilərsə, onun qeyri -obyektiv rəylər verdiyi üzə çıxar. Bu da külli miqdarda alınmış rüşvət amillərinin göstəricisidır.

Sübut üçün tək bircə faktı təqdim edirəm:   Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2674 №-li işi üzrə verilmiş Ekspert rəyi korrupsiya və rüşvət amilinin göstəricisidir. Həmin rəylə bağlı dövlət büdcəsindən nə qədər pul silinmişdir? Ekspertizanı aparan Ekspert 7 aydan sonra nəyə görə başqa Ekspertlə əvəz edilmişdir?  Ekspertiza ilə bağlı dövlət büdcəsindən silinən pullar Ekspertlər arasında necə, hansı normativlərə, qanunlara uyğun bölüşdürülmüşdür? Rəyin 8 ay müddətində verildiyi sənədlərlə təsdiqini tapdığı halda nəyə görə Rəyin üzərində bir ay müddətində başladığı və qurtardığı tarix göstərilmişdir? Nəyə görə Rəyin üzərində  7 ay ekspertiza aparmış Ekspertin adı yazılmamış sonuncu təyin etdiyi Ekspertin adı yazılmışdır? Bir ay müddətində verilməli olan Rəyi nəyə görə səkkiz ay müddətində vermiş?

Hörmətli Fuad müəllim!

Cənab Prezidentin təbrincə desək: Yəqin Elşən Albəndova “hüquq mühafizə orqanları tərəfindən haqq qoyulmuşdur, ondan pay istəyirlər, kimlərsə ona “krişalıq” edir. Bunu edənlər Dövlətə xəyanət edirlər. Bunu edənlər sadəcə pul qazanmırlar, Dövlətə xəyanət edirlər. Buna son qoyulmalıdır. Dözülməz bir haldır”

Hörmətli Fuad müəllim!

Sizdən xahiş edirəm:

Məhkəmə Ekspertiza Mərkəzinin rəisi tərəfindən törədilmiş və bu gün də davam etdirilən korrupsiya, rüşvət cinayətləri barədə cənab Prezidentə məlumat verəsiniz. ​    

                                      ***

REDAKSİYADAN:

Yuxarıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

araz.az xəbər portalı.