Hazırda son dərəcə məsuliyyətli və strateji baxımdan həssas bir mərhələnin başlanğıcındayıq. 300 illik düşmənlə — ermənilərlə 34 il sonra iqtisadi-mədəni əlaqələr yenidən bərpa olunur. Ermənistan-Azərbaycan dəmir yol xəttinin bərpasına başlanılır.

Azərbaycandan Ermənistana neft məhsullarının ixracına start verilib və artıq dünən – dekabrın 18-də 22 vaqon neft yükü Ermənistana sola salınıb. Şübhəsiz ki, əbədi müharibə heç kəsə lazım deyil, münaqişə mərhələsinin geridə qalması, hərbi gündəmin zəifləməsi cəmiyyət üçün psixoloji və siyasi baxımdan müsbət hadisədir. Azərbaycan bu illər ərzində minlərlə şəhid verib, ciddi insan və resurs itkisi yaşayıb. İndi bütün bunların geridə qalması sevindiricidir və uzun illər ölkədə yığılıb qalan, günbəgün daha da dərinləşən daxili prolemlərin həlli üçün imkanlar əldə etmişik.

Lakin tarixi təcrübə göstərir ki, iqtisadi yaxınlaşma təkcə ticarət deyil, bu, həm də demoqrafik və sosial nəticələr yaradır.

Məni narahat edən məhz bu məsələdir – Ermənistanla iqtisadi və mədəni əlaqələrin bərpası Azərbaycan üçün hansı strateji risklər yarada bilər? Bu proses yalnız iqtisadi dividendlər prizmasından qiymətləndirilir, yoxsa onun uzunmüddətli siyasi, təhlükəsizlik və sosial nəticələri də təhlil olunur?

BİRİNCİSİ, SSRİ qurulduqdan sonra Ermənistanın sənaye, energetika və infrastruktur baxımından inkişafı əsasən Azərbaycanın iqtisadi resursları, enerji potensialı və logistika imkanları hesabına təmin olunmuşdu. Bu inkişaf təbii iqtisadi prosesin yox, mərkəzin siyasi qərarlarının nəticəsi idi. Və zaman keçdi, bir vaxtlar Azərbaycanın resursları hesabına ayağa qaldırılan Ermənistan, tarixi fürsət yetişən kimi minnətdarlıq yox, işğal yolunu seçdi – Azərbaycan torpaqlarını zəbt etdi.

İKİNCİSİ, sovet dövründə olduğu kimi, ermənilər şəhərlərimizə köç etməyə başlayacaqlar, burada möhkəmlənəcəklər. Qarışıq ailələr yaranacaq, qan qarışacaq və bu prosesin sonrakı siyasi-sosial nəticələri yenə də gözardı ediləcək.

Emosional rahatlığımız var, bəs strateji ehtiyatlılığımız necə?!

Samir FEYRUZOV 

araz.az xəbər portalı.