Dünən Bakı Qızlar Universitetində görkəmli dilçi-alim, filologiya elmləri doktoru, professor, tanınmış şairə Mahirə Nağı qızı Hüseynova ilə “Ana sevgisindən doğan nəğmələr” adlı görüş keçirilib.

Arazpress.com xəbər verir ki, maraqlı keçən bu tədbirdə Bakı Qızlar UniversitetininAzərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim heyəti, tələbələr və ədəbiyyatsevərlər iştirak ediblər.

Bakı Qızlar Universitetinin təsisçisi, professor Ağarəhim Rəhimov, rektor, professor Sevinc Rəhimova, professor Həsən Bayramov, professor İsmayıl Kazımov, professor Qətibə Mahmudova, dosent Solmaz Məmmədova, dosent Qüdsiyyə Qəmbərova və dosent Təranə Şükürlü çıxışlarında professor Mahirə Hüseynovanın elmi və bədii yaradıcılığını yüksək dəyərləndirib, poetik əsərlərində ana sevgisi motivinin mənəvi-estetik mahiyyətindən bəhs ediblər .

Tədbirin bədii hissəsində Mahirə Nağı qızı Hüseynovanın şeirləri səsləndirilmiş, tələbələr tərəfindən bədii kompozisiyalar təqdim olunmuşdur.

araz.az xəbər portalı.