
Ulu Öndərimiz Heydər Əliyevin bizə bəxş etdiyi Azərbaycan xalqının milli birliyinin, bölünməzliyinin simvolu olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hər birinizi ürəkdən təbrik edir, hər birinizə səmimi arzularımı çatdırıram.
34 ildir ki, dünya azərbaycanlıları ümummilli birliyinin, həmrəyliyinin rəmzi olan bu bayramı yüksək səviyyədə qeyd edir. Həm də, Zəfərin 5-ci ildönümünü qürurla qeyd etdiyimiz 2025-ci ili növbəti uğurlarla başa vururuq. Yola saldığımız ildə milli həmrəyliyimiz daha da gücləndi, xalqımız milli ideya ətrafında sıx birləşdi.
Bu ləyaqətli günləri bizə yaşatdığına görə, şəhidlərimizə və qazilərimizə, Ali Baş Komandanımıza sonsuz minnətdarıq.
Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında Sülhz sazişinin paraflanması regionda yeni rifah mərhələsinin əsasını qoydu və dayanıqlı sülh üçün möhkəm zəmin yaranıb.
Cənab Prezidentin sarsılmaz qətiyyəti ilə ATƏT-in Minsk qrupu da arxivə kömüldü və regionun düzəni yenidən qurulur. Həmçinin, Zəngəzur dəhlizinin reallaşması istiqamətində səylər daha da artıb.
2025-ci il həm də Xankəndinin və Şuşanın yeni diplomatik mərkəzlər olması ilə yadda qaldı. İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirildi. Eləcə də, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü çərçivəsində imzalanan Bəyannamə də, ən möhtəşəm siyasi hadisə kimi tarixə həkk olundu.
Azadlıq meydanında keçirilmiş Zəfərin beşinci ildönümünə həsr edilmiş Hərbi parad Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini, ordumuzun qələbə əzmini, əsgər və zabitlərimizin sarsılmaz döyüş ruhunu nümayiş etdirdi.
Yola salacağımız ildə azad ərazilərdə yeni yaşayış evlərinin tikilməsi də mühüm qürurverici səhnələr oldu.
2025-ci il Qərbi Azərbaycan İcmasının fəaliyyətindəki xüsusi fəallığı da, bizim tarixi torpaqlarımıza qayıdışımız üçün həmrəylik hərəkətı kimi qiymətləndirilə bilər. Əminəm ki, bu həmrəyliyimiz və birliyimiz bizim Qərbi Azərbaycana qovuşmağımızı da təmin edəcək.
Bir daha Sizi Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edir, möhkəm can sağlığı, ən xoş arzularımı çatdırıram.
Bayramlarınız mübarək olsun!
Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor.
araz.az xəbər portalı.