ADPU Filologiya fakültəsində “Situational English” və “Français situationnel” layihələri çərçivəsində açıq dərslər keçirilib.

Universitetdən Arazpress.com-a daxil olan məlumata görə, Filologiya fakültəsi Xarici dillərin tədrisi kafedrasının baş müəllimi Günay Alıyevanın İND2210B qrupunda “Situational English” layihəsi çərçivəsində “Azerbaijani Wedding Traditions” (Azərbaycan toy adət-ənənələri), kafedranın müəllimləri Səlbinə Hətəmlinin İND2411B qrupunda “Court” (məhkəmə) və Şəhanə Əsgərovanın FRD2209B qrupunda “Français situationnel ” layihəsi çərçivəsində “Voyage à Paris” (Parisə səyahət) konseptləri üzrə açıq dərsləri təşkil olunub.

Açıq dərslər zamanı tələbələr müxtəlif sosial və mədəni situasiyalar əsasında qurulmuş rollu oyunlarla çıxış edərək məhkəmə prosesi, Azərbaycan toy adət-ənənələri və Parisə səyahət mövzularını əhatə edən konseptləri ingilis və fransız dillərində canlandırmış, praktik danışıq bacarıqlarını nümayiş etdirilib.

Açıq dərslərdə Filologiya fakültəsinin dekan müavinləri, Xarici dillərin tədrisi kafedrası və Xarici Dillər Mərkəzinin müəllimləri iştirak ediblər.

 

araz.az xəbər portalı.