Azərbaycan Dillər Universitetində “Azərbaycan dili” platformasının təqdimat mərasimi keçirilib. Arazpress.com-a daxil olan məlumata görə, təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, layihənin ideya müəllifi və rəhbəri Alena Əliyeva, Elm və təhsil naziri Emin Əmrullayev, elm, mədəniyyət və media ictimaiyyətinin tanınmış nümayəndələri, həmçinin ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Nağı qızı Hüseynova iştirak ediblər.

Layihənin ideya müəllifi və rəhbəri Alena Əliyeva çıxışında qeyd edib ki, “Azərbaycan dili” platforması təhsilin cəmiyyətin davamlı inkişafında və milli-mənəvi dəyərlərin qorunmasında oynadığı mühüm rolu əks etdirən, ana dilimizin qorunması, rəqəmsal mühitdə təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən strateji əhəmiyyətli bir təşəbbüsdür.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Elm və təhsil naziri Emin Əmrullayev çıxışlarında platformanın Azərbaycan dilinin qorunması, inkişafı və rəqəmsal mühitdə təbliği baxımından əhəmiyyətini vurğulayıblar.

Təqdimatda platformanın funksional imkanları barədə məlumat verilmiş, videoçarx nümayiş etdirilibdir.

 

 

araz.az xəbər portalı.