
Əziz soydaşlar, dəyərli həmvətənlər, sevimli oxucular və gözəl dostlar!
Tarix boyu ağrı-acı dolu məlum səbəblərə görə dünyanın ayrı-ayrı ölkələrində məskunlaşan və mühacir həyatı yaşamağa məhkum edilən 50 milyondan çox soydaşımızla hərtərəfli əlaqələr qurub, həmrəylik və doğma Vətənləriyə, gözləri yollarda qalan ata-analarıyla bağlantılarına geniş imkanlar yaratmaq işində mühüm rol oynayan Dünya Azərbaycanlılarının HəmrəylikGünü və qarşıdan gələn Yeni il bayramı münasibəti ilə hamınızı səmimi qəlbdən təbrik edir, xoş istək və niyyətlərinizin Ulu Tanrı dərgahında qəbulunu və tezliklə gerçəkləşməsini diləyirik.
Qoy, Böyük Allahımız tarixin bu gərgin dönəmində sizlərə müharibəsiz və münaqişəsiz gözəl günlər bəxş etməklə, milli köklərimizə sadiqlikdə sarsılmaz mübarizə əzmini, yüksək vətənpərvərliyi, möhkəm cansağlığını, tükənməz həyat enerjisini, yüksək dözümü, səbri və təmkini ən böyük silahınıza, mübarizliyi, həmrəyliyi, bütövlüyü, mərhəməti və xeyirxahlığı həyat amalınıza çevirsin!

Birlik rəmzinə çevrilən bu əlamətdar bayram günündə sülhün, əmin-amanlığın və birliyin əbədi nailiyyətiniz, səadətin, xoşbəxtliyin, firavan həyatın, xeyir-bərəkətin və sevinc dolu günlərin daimi qazancınız olmasını da arzulayırıq.
Böyük Yaradan həm də Yeni təqvim ilini yüksək könül xoşluğu düzənində rahatlıqla yola salmaqda, ən xoş niyyətlərinizin təntənəsində sizlərin ən yaxın yardımçısı olsun!
Dərin hörmət, ehtiram və səmimi duyğularla,
“Araz” Media Qrupu MMC-nin (arazpress.com xəbər portalı) kollektivi adından,
Hüseyn ƏZİZOĞLU,
təsisçi və Baş redaktor.

araz.az xəbər portalı.