
“Rusiyaya aid yük təyyarələri Tehrana eniş edib və onların vasitəsilə İrandan xeyli miqdarda qızıl çıxarılıb”.
Arazpress.com “Unikal”-a istinadən xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
“İran rəhbərliyi ən pis ssenariyə, yəni “hakimiyyətin mümkün çöküşünə” hazırlaşır. Rusiya yük təyyarələrinin Tehrana böyük ehtimalla silah və sursat, geriyə isə Xameneyinin qızıllarını daşıyırlar.
İran rəsmiləri isə daha çox Fransa vizası almağa üstünlük verir. Bir çox ölkələr vətəndaşlarını İranı tərk etməyə çağırıb. Vəziyyət getdikcə daha da gərginləşir.
İranın hazırda etiraz aksiyasını idarə edəcək, müxtəlif etnik qrupların qəbul edə biləcəyi vahid liderə böyük ehtiyacı var. Pəhləvi bu kriteriyalara cavab vermir”, — deyə, hərbi ekspert qeyd edib.

araz.az xəbər portalı.