
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Dərələyəz mahalının Keşkənd Rayon İcmasının sədri, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Qərbi Azərbaycan: Danışan izlərin işığında” adlı növbəti kitabı çap olunub.
Arazpress.com bildirir ki, yeni nəşrin elmi redaktoru Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli, rəyçiləri isə millət vəkilləri Məlahət İbrahimqızı və Hikmət Babaoğludur.
Kitabda müəllifin Qərbi Azərbaycanla bağlı apardığı elmi tədqiqatlar, beynəlxalq və respublika səviyyəli konfrans və simpoziumlarda səsləndirdiyi məruzələr, televiziya proqramlarında tanınmış dövlət və elm xadimləri ilə apardığı müzakirələr yer alıb.
Bunlarla yanaşı, nəşrdə müəllifin bədii yaradıcılığından nümunələr — hekayə və şeirlər də oxuculara təqdim olunur.

araz.az xəbər portalı.