Arazpress.com “Teleqraf”a istinadən xəbər verir ki, paytaxt Bakıda dəhşətli ailə faciəsi yaşanıb. Orta yaşlı kişi ailə münaqişəsi zəminində həyat yoldaşına çoxsaylı bıçaq zərbələri endirib, daha sonra özünü binadan atıb.

Xətai rayonu ərazisində qeydə alınan bu dəhşətli hadisə nəticəsində ər və arvadın öldüyü bildirilir. 

Verilən məlumata görə, hadisəni törədən Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğludur.

 

araz.az xəbər portalı.