
Arazpress.com-a daxil olan məlumata görə, Azərbaycanda qiymətləndirmə sahəsində fəaliyyət göstərən “VECON Consulting” şirkəti peşə risklərinin sığortalanması istiqamətində mühüm yeniliyə imza atıb.
Şirkətin direktor müavini Tural Bağırov bildirib ki, “VECON” hər il aldığı ənənəvi sığorta xidmətindən fərqli olaraq, bu dəfə “Mega Sığorta” ilə əməkdaşlıq çərçivəsində sublimitsiz sığorta modelini seçib:
“Bu modelə əsasən, sığorta hadisəsi baş verdiyi halda ödənişlər əvvəlcədən müəyyən edilmiş kiçik limitlərlə məhdudlaşdırılır. Belə ki, sığorta sahəsində “sublimit” anlayışı əsas sığorta məbləği daxilində ayrıca məhdudiyyət deməkdir və bir çox müqavilələrdə əsas məbləğ böyük göstərilsə də, real ödəniş imkanları daha aşağı olur. “VECON Consulting” isə yeni müqavilədə bu məhdudiyyəti aradan qaldıraraq 2 milyon manatadək təzminat xarakterli təminat əldə edib”.
Tural Bağırov deyib ki, bu addım beynəlxalq standartların tələblərinə uyğun olaraq atılıb və formal sığorta yanaşmasından real sığorta mexanizminə keçidi ifadə edir:
“İndiyədək Azərbaycanda qiymətləndirmə sektorunda bağlanan oxşar müqavilələrdə sığorta məbləğləri əsasən 50 min, 100 min, ən yüksək halda isə 200 min manat civarında olub. Yeni model isə xidmət zamanı yarana biləcək risklərə qarşı daha geniş və ciddi maliyyə təminatı yaradır. Bu addım həm bazarda peşə məsuliyyətinin gücləndirilməsi, həm də müştəri etimadının artırılması baxımından əhəmiyyətlidir”.
Şirkət rəsmisinin sözlərinə görə, sublimitsiz sığorta yalnız formal sənəd deyil, real risklərin qarşılanmasına yönəlmiş mexanizmdir və bu yanaşma gələcəkdə digər şirkətlər üçün də nümunə ola bilər.
araz.az xəbər portalı.