
….Bu gün Avropa, Amerika və digər qitə ölkələrinə mühacirət edən soydaşlarımızın sayı az deyil. Həmin insanların böyük bir hissəsi yaşadığı ölkələrdə öz dövlətinin və xalqının mənafeyini hər şeydən uca tutur, Azərbaycanın uğurlarını təbliğ edir, qüdrətini və imkanlarını dünyaya tanıtdırırlar.
…Xaricdə yaşayan soydaşlarımız Prezident İlham Əliyevin uğurlu siyasətinə dəstək verir, öz vətənpərvərlik hissini əməlləri ilə təsdiq edirlər.
…Ancaq Azərbaycana xəyanət edən, milli satqınlarımız da kifayət qədərdir. Qanı və mənsubiyyəti şübhə doğuran bu adamlara Azərbaycanlı demək olmaz. Çünki qanında, damarında azərbaycanlı qanı axan təmiz niyyətli saf insanlar heç vaxt qəpik-quruşa görə,Vətənini satmırlar.
…Parisdən Hollandiyaya, Almaniyadan Belçikaya, İsceçə, Fransaya qədər əksər Avropa ölkələrində məskunlaşmış həmin “həmvətənlərimiz”i yalnız bir şey düşündürür. Azərbaycan haqqında necə mənfi rəy, imic formalaşdıraq ki, erməni lobbisinin təşəkkürünü və maddi dəstəyini qazana bilək.
…Satqınlıq cinsi və etnik azlığın, qanı-mayası qarışıq adamların xislətidir. Nə yazıq ki, bu adamların həyatına bu cür şərəfsiz ömür yolu yazılıb.
…Cinayətkarın və Xəyanətkarın milli mənsubiyyəti olmur. Hər ikisinin qayəsi, mayası eynidir: Pul, dağıdıcılıq və qisas. Onlar pul naminə bütün dəyərləri, öz mənliyini belə satmağa hazırdırlar.
…Milli xəyanətkarları, satqınları müdafiə edən, pul verən xarici qüvvələrin, erməni çetesinin və onların əlaltılarının niyyəti və məqsədi güclənən Azərbaycanın regionda inkişafının qarşısını almaq, hər gün artan nüfuzuna xələl gətirməkdir. Çünki güclü Azərbaycandan, onun Lideri Prezident İlham Əliyevdən qorxurlar. Azərbaycana qarşı yönəlmiş təxribatların, çirkin oyunların kökündə də bu amillər dayanır.
…Prezident İlham Əliyev hər bir azərbaycanlının rəhbəridir, qürur mənbəyidir, hər bir insanın taleyini düşünərək rahat firavan yaşayışı və rifahı üçün yorulmadan çalışır. Azərbaycan dövlətinin sabitliyi və möhkəmliyi üçün gecə-gündüz əmək sərf edir.
…Dövlət başçısı xalq qarşısında öz borcunu layiqincə və ləyaqətlə yerinə yetirir. Sabitliyi və rifahı qorumaq hamının borcudur, Azərbaycan dövlətinə qarşı yönələn xarici təhdit və hücumlara qarşı hər bir azərbaycanlı fəal olmalıdır.
…Dövlət başçısı hər bir insanı düşündüyü kimi hər bir kəs də dövlət və dövlət başçısına qarşı əsassız və ədalətsiz kampaniyalara qarşı birləşməlidir.
…Bu dövlət hamımızındır, dövlətçiliyə və dövlətə qarşı yönələn təxribatlara qarşı mübarizə aparmaq da hər bir Azərbaycanlıının borcudur.
Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor.
araz.az xəbər portalı.