
Bakıda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı koordinatorluğu arasında işgüzar görüş keçirilib. Görüşdə iki qurum arasında mümkün əməkdaşlıq istiqamətləri və birgə layihələrin icrası məsələləri müzakirə edilib.
Arazpress.com xəbər verir ki. görüşdə AQC sədri Vüqar Oruc, sədrin müşavirləri Asif İbrahimov və Orxan Həsənov iştirak ediblər. TİKA Bakı koordinatorluğunu isə koordinatorun köməkçisi Kürşad Özdəmir təmsil edib.
Müzakirələr zamanı qiymətləndirmə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, peşəkar kadr potensialının gücləndirilməsi, təlim və seminarların təşkili kimi istiqamətlərə xüsusi diqqət yetirilib. Tərəflər bu sahədə ortaq təşəbbüslərin reallaşdırılmasının əhəmiyyətini vurğulayıblar.
TİKA-nın Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyəti ilə yaxından tanış olduğu və qurumun ölkədə qiymətləndirmə sahəsinin formalaşmasında mühüm rol oynadığı bildirilib. Həmçinin gələcəkdə AQC ilə birgə təşəbbüslərin reallaşdırılmasına maraq ifadə edilib.
Görüş zamanı, həmçinin, qarşılıqlı təcrübə mübadiləsi, regional və beynəlxalq layihələrdə birgə iştirak, eləcə də maarifləndirici proqramların təşkili imkanları nəzərdən keçirilib. Tərəflər əməkdaşlığın konkret istiqamətlər üzrə davam etdirilməsi barədə razılıq əldə ediblər.
araz.az xəbər portalı.