Adamın bir adı olur. Uzaqbaşı uşaqlıqdan ona verilən əzizləyici bir ləqəbi. Ötən yazımızda (https://arazpress.com/?p=15178) gerçək üzünü açdığımız, ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun ad və soyad göstəriciləri isə bunun əksini deyir. Elə buna görədir ki, ölkə həyatının bəlasına çevrilən fırıldaqçılıqda onun adına da rast gəlirik. Yalanları hesabına törətdiyi saxtakarlıqların detalları inanılmazlıq təsir bağışlayır.

Onunla bağlı Arazpress.com-un redaksiyasına etibarlı mənbə tərəfindən ötürülən son məlumatlara görə, yazıda Qubanın qara ləkəsi kimi təqdim etdiyimiz Əlibəy Qurbanovu çoxları bu adı-soyadla tanımır. Onu Adil kimi çağırırlar. Alibek Kurbanovu isə, o, əsil adının və soyadının zəhmli səslənməsi üçün bir vasitə kimi seçib. Bunun hesabına özünə fırıldaqçı şəbəkəsi yarada bilib. Beləcə, çoxlarını bu şəbəkəyə cəlb edib. Burada doğma-yaxınlarının yer alması isə dəhşətdir.

Yeri gəlmişkən qeyd edək ki, fırıldaq ustası hətta məqsədinə çatmaq üçün, Rusiya vətəndaşı olan oğlu Rzabeklə (Ünvanı: Россия, Москва, улица 3-я Гражданская, дом, 21, КВ, 58 — Курбанов Алибек Рзабекович atası ilə bərabər bu ünvanda rəsmi qeydiyyatdadır— red.) Digah kəndini qanunsuz mühacirlər sığınacağına çevirib. Çox təəssüf ki, Azərbaycan Respublikasında önəmli dövlət qurumlardan biri kimi adı öndə çəkilən, lakin rəhbəri sarıdan bəxti gətirməyən Dövlət Miqrasiya Xidmətində bunu bilənlər də var. Firudun Nəbiyev xidmət rəisi olduğu vaxtlardakı kimi, hazırkı rəis Vüsal Hüseynov da belə “xırda şeylərə” fikir verən deyil.

Onu da qeyd edək ki, bu fırıldaqçılar şəbəkəsində hamı illüziyaya qapılır. Təşkilatçılar onlara nələr vəd etmirlər. Yaxşı deyiblər, illüziyaya qapıldınsa, vay halına — nələr gəlməyəcək başına?! Bu gün internetdə də kifayət qədər illüziyaya əsaslanan fırıldaqçı şəbəkələrinə aid xəbərlərə rast gəlmək olur. Hamı aldadıcı təsəvvürə, olmayan bir şeyi həqiqət kimi qəbul etməyə köklənir, addımbaşı yalan və şirin vədlərlə tora salınır. Bir sözlə, həyata keçməsi mümkün olmayan istək, ümid və arzu ilə yaşayanların başına burada “at oynadan”, qanunlarımızı saya salmayan Alibek Kurbanov min cür oyun açır.

 

Bəli, internetdə, sosial şəbəkələrdə axtardıqca bu barədə bir-birindən maraqlı, aldadıcı kifayət qədər görüntü tapmaq olar. Bəs, həqiqəti olduğu kimi görməməyimizin səbəbi nədir? Niyə gözlərimiz bizi aldadır? Ona görə ki, Alibek Kurbanov kimi fırıldaqçılar adamı hər səmtdən özlərinin yalan toruna sala bilirlər. Üstəlik, özlərini nüfuz sahibi kiminsə adamı kimi qələmə verməyi bacarırlar. Necə ki, Alibek özünü tanınmış bir generalın qohumu kimi göstərir və bu ada arxalanaraq, istədiyi qanunsuzluğu törədə bilir. Qorxub-çəkinmədən televiziyada gedən bir verilişdə deyir ki, silahı var və istəsəydi ona qarşı çıxanları güllə yağışına tuta bilərdi.

Əvvəlki araşdırma yazımızda zorlama maddəsi ilə məhkum olunan Alibek Kurbanovun ( Yenə deyirik, kənddə hamı onu Adil kimi tanıyır) qaranlıq keçmişini və Saranskdan qaçışını ifşa etdik. Lakin gördük ki, Alibek tək deyil. O, Azərbaycanın qonaqpərvərliyindən sui-istifadə edərək, burada bütöv bir fırıldaqçı “dinastiyası” qurub. Bu gün, o, öz övladlarını da fırıldaq əməllərinə alət edərək, dövlət qanunlarını və miqrasiya qaydalarını kobud şəkildə pozur.

Alibek Kurbanov Saranskda etdiyi cinayət ssenarisini indi də Qubanın Digah kəndində təkrarlayır. O, kənd sakinlərindən külli miqdarda borc alaraq, mənimsəyib. Ən dəhşətlisi odur ki, Azərbaycan məhkəmələri onun əleyhinə qərar çıxarsa da, bu şəxs qanunlara meydan oxuyur və pulları geri qaytarmır. “Səxavətli qonşu” maskası geyinən bu yalançı əslində yeni qurbanlar tapmaq üçün, utanmadan, abır-həya gözləmədən öz kəndçilərini oyunlara cəlb etməkdən çəkinmir.

Alibek Kurbanov Azərbaycan vətəndaşlığından imtina etmiş bir Rusiya vətəndaşıdır. Qanuna görə, o, ölkədə cəmi 90 gün qala bilər. Lakin, o, bu müddəti çoxdan keçirib. Onun oğlu, Rusiya vətəndaşı olan qanunsuz mühacir Rzabek isə, bu ölkənin ordusunda xidmətdən yayınaraq, Azərbaycana qaçıb və burada gizlənir.

Rzabek Kurbanov burada heç bir rəsmi sənədi və iş icazəsi olmadan qanunsuz taksi fəaliyyəti ilə məşğul olur. Asan yol tapıb, sərnişini olanların vid-fasonlarına baxır, yaxşısını atasını cənginə salmağı elə də çətin olmur. Vergi ödəmədən, lisenziyasız sərnişin daşıyan bir fərarinin Azərbaycan yollarında sərbəst gəzməsi həm yol hərəkəti təhlükəsizliyi, həm də dövlət iqtisadiyyatı üçün zərbədir. Bir tərəfdə qanunsuz mühacir, digər tərəfdə vergidən yayınan — bu, Alibekin qurduğu “ailə biznesinin” acı reallığıdır. Baxmayaraq ki, onun ölkədən çıxışına “Stop” da qoyulub. Vergi borcu isə, külli miqdarda, deyiləsi deyil.

Yenidən qeyd edirik, Alibek Kurbanovun bu qədər arxayın davranmasının səbəbi, guya, qızı tərəfdən təzəlikcə qohum olduğu generalla əlaqələridir. Onun adından sui-istifadə edərək, hamını qorxuda və bu qaranlıq qüvvələrin kölgəsində toxunulmazlıq illüziyası yarada bilib. Əslində isə, bir şəxsin dövlətə xəyanət etmiş qüvvələrin adından istifadə edərək, yerli sakinləri qorxutması milli təhlükəsizlik məsələsidir. Azərbaycanın milli təhlükəsizlik orqanları və dövlət qanunları belə xəyanətkarlara və qanunsuz mühacirlərə qarşı barışmaz olmalıdır. Axı, Rzabek Kurbanov da, burada heç bir rəsmi sənədi və iş icazəsi olmadan qanunsuz taksi fəaliyyəti ilə məşğul olur. Özü də, çirkin məqsədlər naminə.

Axı, Azərbaycan fırıldaqçıların və Vətən xainlərinin sığınacağı deyil!

Yazımızın növbəti hissənin maraqlı olacağına da şübhə etmirik. Çünki əlimizdə bu sülalə üzvlərinin “tibbi terroru” barədə ciddi faktlar da var. Belə ki, Alibek Kurbanovun qızı Sevda Alibekovna Bakıdakı “Pediatriya 2” klinikasında qeydiyyatçı kimi rəsmiləşib. Əslində isə, qanunsuz “podoloq” işləməsi və ailə dağıdan manipulyasiyaları barədə şok faktlar əlimizdədir.

Verilən məlumatlarla bağlı araşdırmalarımız davam edir deyə, yazını burada nöqtələyirik. Növbəti yazımızı gözləyin.

Arazpress.com olaraq, yazıda adları hallanan hər kəsin və tərəflərin də cavab haqqını tanıyırıq.

 Məhi ELSEVƏR

araz.az xəbər portalı.