Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı ilə Ramazan ayı münasibətilə “Buta Palace”da “Sahibkarlarla iftar süfrəsi” adlı tədbir keçirilib. Arazpress.com bildirir ki, keçirilən tədbirdə dövlət qurumlarının nümayəndələri, biznes assosiasiyaları və müxtəlif sahələri təmsil edən Marsol Group partnyorları ilə yanaşı 600-dən çox sahibkar iştirak edib.

Tədbirdə çıxış edən İCMA-nın İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev bildirib ki, “Sahibkarlarla iftar süfrəsi” artıq 5-ci dəfə təşkil olunur. Onun sözlərinə görə, bu təşəbbüs sahibkarlar arasında ünsiyyətin gücləndirilməsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi və biznes ictimaiyyətinin bir araya gəlməsi baxımından mühüm platformaya çevrilib.

Tədbir çərçivəsində “Sahibkarlarla iftar süfrəsi”nin təşkilinə göstərdiyi dəstəyə görə Veysəloğlu Şirkətlər Qrupu xüsusi plaketlə təltif edilib. Veysəloğlu Şirkətlər Qrupu adından mükafatı Qrup CEO-nun Korporativ Funksiyalar üzrə müavini – İcra Komitəsinin üzvü İlqar Nuri qəbul edib.

Səmimi və işgüzar mühitdə keçən iftar süfrəsi sahibkarlar arasında ünsiyyətin genişlənməsinə, yeni biznes əlaqələrinin qurulmasına və mövcud əməkdaşlıqların daha da möhkəmlənməsinə imkan yaradıb.

araz.az xəbər portalı.