ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO-dan çıxmasını nəzərdən keçirdiklərini açıqlayıb. Arazpress.com yenisabah-a istinadən bildirir ki, bu barədə, o, Ağ Evdə açıqlamalar verib. Bildirib ki, ABŞ digər ölkələrə yardım edir, lakin eyni münasibəti görmədikdə bu məsələyə yenidən baxmaq zərurəti yaranır:

“Biz digər ölkələrə kömək edirik. Onlar bizə kömək etmədikdə bunun üzərində düşünməliyik”, – deyə, Tramp vurğulayıb.

ABŞ lideri qeyd edib ki, bu qərarın qəbulu üçün Konqresin razılığına ehtiyac yoxdur və belə bir addımı təkbaşına ata biləcək.  

araz.az xəbər portalı.