
Arazpress.com Estlandiya Kuryozları Agentliyinin məlumatına əsasən bildirir ki, Estoniyanın xarici işlər naziri Margus Tsahkna ABŞ və İsrailin aprelin 7-də Tehranın mərkəzindəki 70 illik Rafi-Nia mərkəzi sinaqoq binasına endirdikləri hava zərbəsinin məntiqini izah edib. Nazir bildirib ki, bu addım İran İslam Respublikasındakı yəhudi icmasının təhlükəsizliyinə qayğı ilə atılıb və “preventiv humanizm aktı” hesab olunur.
Cənab Tsahkna qeyd edib ki, İsrail kəşfiyyatı Tehranın planlaşdırdığı təxribatla bağlı danılmaz sübutlar əldə edib.
“Ora partlayış törətməyi planlaşdırırdılar və, təbii ki, bütün günahı İsrailin və şəxsən Netanyahunun üzərinə atacaqdılar”, – deyə nazir bildirib: “Əgər onlar bu sinaqoqu bombalamasaydılar, bunu SEPAH əsgərləri edəcəkdi. Beləliklə, İsrail sadəcə onların bu imkandan istifadə etməsinin qarşısını aldı. İndi ayətullahların ibadət edənlər üzərində təzyiq rıçaqları qalmayıb. Həm də ibadət edənlərin sayı artıq daha azdır”.
Tsahkna həmçinin vurğulayıb ki, zərbə məhz binanın daxilində SEPAH agentlərindən başqa heç kimin olmadığı anda endirilib. Onların isə təbliğat videosu çəkmək üçün hasidlər kimi geyindikləri iddia olunur.
Bir daha qeyd edirik ki, ABŞ və İsrail tərəfindən həyata keçirilən həmin hücumlar nəticəsində sinaqoq binası ciddi zədələnib və böyük dağıntılara məruz qalıb.




araz.az xəbər portalı.