
International Osteology Symposium Vienna 2026 — stomatologiya və çənə-üz cərrahiyyəsi sahəsində dünyanın ən nüfuzlu beynəlxalq elmi tədbirlərindən biridir. Bu simpozium Osteology Foundation tərəfindən təşkil olunur.
Arazpress.com-a daxil olan məlumata görə, tədbirin əsas istiqaməti ağız və çənə nahiyəsində toxuma regenerasiyası, yəni sümük və yumşaq toxumaların bərpası ilə bağlı ən son elmi yeniliklərin müzakirəsidir.
Burada implantologiya, parodontologiya və rekonstruktiv cərrahiyyə sahəsində aparıcı mütəxəssislər çıxış edirlər.
Simpozium dünyanın müxtəlif ölkələrindən minlərlə həkim və tədqiqatçını bir araya gətirir. Proqrama elmi məruzələr, klinik təqdimatlar, canlı əməliyyat nümayişləri, praktiki təlimlər (workshoplar) və iştirakçıların öz tədqiqatlarını təqdim etdiyi sessiyalar daxildir.
Tədbirdə Azərbaycandan olan nümayəndə heyəti də iştirak edib. Professor Afa Ağazadə və rezidentləri Avstriyanın Vyana şəhərində baş tutan “Osteology Foundation Symposiumu”nda öz elmi işlərini təqdim ediblər.
Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə institutunun (ADHTİ) Parodontologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Afa Ağazadə, həkim-rezidentlər Qumru Abıyeva, Nərmin Məhərrəmzadə, Moradi Arghavan, Asim Məmmədov və Ali Soltanigermi Azərbaycanı təmsil edən həkim qrupuna daxildir. Simpoziumun hələ davam edəcəyi də gələn xəbərlər arasındadır.





araz.az xəbər portalı.