Etibar ƏLİYEV,
sabiq deputat, siyasətçi, fəlsəfə üzrə fəlsəfə doktoru —————–

Qərbi Azərbaycan İcmasının (QAİ) nəzdində “Ziyalılar Şurası” fəaliyyət göstərir. Məni də həmin Şuraya üzv yazıblar. Bu Şuranı şəxsi mənafelərin qurbanına çeviriblər. Artıq 5-ci iclasdır ki, şəxsən məni Şuranının tədbirlərinə dəvət etmirlər. Başa düşmürəm, bəlkə başda QAİ rəhbəri Əziz Ələkbərli və Şuranın sədri, “Dialektik materializm” müəllimi Elxan Hüseynovun “mütərəqqi” ideyaları əsasında ziyalılığın kriteriyalarını dəyişiblər?

Mən fəlsəfə üzrə fəlsəfə doktoruyam, 8 kitab müəllifiyəm, 500-dən çox elmi-publisistik məqaləm çap olunub. Sosial şəbəkələrdə ciddi maarifçiliklə və QAİ-nin ciddi ideoloji təbliğatı ilə məşğulam. İcmanın üzvü kimi mən xaricdə yaşayan və Azərbaycanın əleyhinə namussuz təbliğat aparan termitlərə layiqli cavablar verən yeganə şəxsəm. Ziyalılar Şurası maarifçiliklə məşğul olmalıdır. Təssüflər olsun ki, bu işi bacarmırlar…

Bütün bunların fonunda məni ziyalı hesab etmirsiniz? Qərbi Azərbaycan İcması Prezident, cənab İlham Əliyevin ideyasıdır və bu qurumda konfliktlər birmənalı olaraq yolverilməzdir. Bu İcma kiminsə dədəsinin, yaxud qaynatsının obyekti ola bilməz. Mən Facebook hesabımdan Əziz Ələkbərlidən tələb edirəm: Adımı Ziyalılar Şurasından çıxarın!

Mən heç bir quruma yük olmaq niyyətində deyiləm.

araz.az xəbər portalı.