
Azərbaycan dövlətçiliyinin və xalqımızın xilaskarı, müasr dövlətimizin memarı Ümummilli Lider Heydər Əliyevin zəngin və ləyaqətli ömür yolu Azərbaycan dövlətinin siyasi yaddaşının və dövlətçilik irsinin qızıl salnaməsidir. O, milli dövlətçiliyimizin rəmzidir. Tanrının Azərbaycana bəxş etdiyi Xilaskardır.
Siyasi fəaliyyətinin ilk mərhələsində — Birinci hakimiyyəti illərində Azərbaycanın dövlətçilik ənənələrini, milli ruh və milli ideologiyanı sovet imperiyasından qoruyaraq müstəqil dövlət ideyasını formalaşdırdmışdır. Müstəqilliyini bərpa edən Azərbaycanın məhv olmaq təhlükəsinin qarşısını alaraq Xilaskarlıq missiyasını yerinə yetirmişdir.
15 iyun 1993-cü il Azərbaycanın əbədi tarixi salnamələrindən biridir. Milli Qurtuluş Günü həm də müstəqilliyimizin bərqərar olmasının parlaq rəmzidir.

Məhz o dövrdə Ermənistanın təcavüzünün qarşısı alınmaqla, nümunəvi Milli Ordu quruculuğu başlandı, Qələbəyə hesablanmış uzaqgörən strateji xətt müəyyənləşdi.
Ölkəmizin haqq səsinin dünyaya çatdırdı, beynəlxalq tribunalarda əzmkar çıxışlarla və prinsipial xarici siyasət yürütməklə Ermənistanın faşist simasını dünyaya təqdim etdi.
Heydər Əliyevin ən ali arzusu torpaqlarımızı azad etmək idi, Qarabağ Onun qəlbinin ayrılmaz parçası idi. Çünki Qarabağı 70-ci illərdə Özü yenidən quraraq inkişaf etdirmişdi. Şuşa şəhəri, Xankəndi və digər rayonların quruculuq salnaməsi Onun yorulmaz fədakar əməyinin nəticəsi idi.
Onun Varisi, Cənab İlham Əliyev Xilaskarlıq Missiyasını üzərinə götürərək Ata vəsiyyətini yerinə yetirdi, 44 günlük Vətən Müharibəsində erməni faşizminin başını əzdi, 2023-cü ildə erməni sepratizmini başını əbədi əzdi.
Bu gün Azərbaycanın Xilaskarı Heydərin Əliyevin ruhu şaddır. Onun ən böyük arzusu olan Qarabağın hər bir güşəsində Azərbaycan bayrağı dalğalanır.
Onun Böyük Adı və Kölgəsı həmışə üstümüzdədır.

Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor.
araz.az xəbər portalı.