İngiltərədə və Uelsdə oğlan uşaqları arasında ən populyar ad yenə Məhəmməd olub. 2025-ci ildə yeni doğulan oğlan uşaqlarına ardıcıl üçüncü dəfə ən çox Məhəmməd adı verilib.

Arazpress.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) məlumat yayıb.

Məlumata əsasən, ötən il 5 min 957 oğlan uşağına Məhəmməd adı verilib ki, bu da əvvəlki illə müqayisədə 4 faiz çoxdur. Oğlan adları arasında ikinci yerdə Nuh (Noah), üçüncü yerdə isə Leo qərarlaşıb.

Qız uşaqları arasında isə Olivia adı 2 min 386 körpəyə verilməklə ardıcıl 10-cu dəfə ən populyar ad seçilib. Siyahıda ikinci yeri Lily, üçüncü yeri isə Amelia tutub. /Şərq/ 

araz.az xəbər portalı.