
Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor —————-
Ötən günlərdə Qarabağa səfərimdən bəzi paylaşımlar etmişdim. Özümə borc bildim Kəlbəcərə və ordan qısa məsafədə yerləşən Göyçə dağlarına baş çəkim, kəndimizi uzaqdan da olsa görüm.
Zirvəsinə baş əydiyimiz, pənahgahımız olan Göyçənin dağlarını seyr etdik…
Uzaqdan da olsa erməni vəhşiliyinə viran qalmış qəlbimizin göynərtisi Aşağı Şorca kəndimizi gördük, görüşdük, həsrətlə bağrına sarıldım Ana yurdumun…
…Təəssüf ki, kəndimizin üstünü qara buludlar aldığından çəkiliş də də aydın görünmürdü…
Çox şükürlər olsun ki, Göyçə yurdumun ətrini hiss elədik, ətrini qoxuladıq…
…Sıra dağlar, gen dərələr, şirin bulaqlarımız sanki qəribsəmişdilər, xiffətlə gözləri yolda bizi gözləyirlər….
…Kəndimizin sehri-sirri ilə baş-başa qalmışdım, qoyun-quzu otardığımız, ot çaldığımız, taxıl əkdiyimiz yerlərə tamaşa edib dərdləşirdik…
Çox təsirli və qəmli hisslərlə həyəcanlar yaşadığım bu anları təsvir etmək həm mənə çətin idi, həm də Aşağı Şorcaya…
Bu, əsrarəngiz elimin, obamın mənzərəsini seyr etdikdən sonra ayrılmaq da çox çətin idi…
Ana Yurddan ayrılmaqmı olar? Neynəyək, taleyimizə yazılıb bu hicran, vüsal ağrısı…
Əlbəttə, Ali Baş Komandana və Ordumuza minnətdarıq ki, Kəlbəcəri azad edib və bizi Göyçənin bir addımına, doğma kəndimizin yaxınına gətirib.
…Nə qədər nisgilli olsam da, içimdəki sönməyən ümid işığı, o taydan bizə baxan dağlarımızın dik duruşu, torpaqların tükənməyən hərarəti Göyçəyə geri dönəcəyimizdən xəbər verir.
O gün çox da uzaqda deyil, dayandığımız Kəlbəcərdən başlayan addım sayı qədərdir…
Cənab Prezident İlham Əliyevin bir-neçə il əvvəl Kəlbəcərə səfəri zamanı qədim yurd yerlərimizi seyr edərkən dediyi kimi, Göyçəyə Yol Kəlbəcərdən Keçir!..
Video:
https://www.facebook.com/share/r/1FyE6G6TgL/
araz.az xəbər portalı.