“David Seliverstov” adı ilə tanınan və özünü yəhudi əsilli beynəlxalq hüquq müdafiəçisi kimi təqdim edən şəxsin əsl adının Kazım Elşən oğlu Abbasov olduğu üzə çıxıb.

Arazpress.com xəbər verir ki, Kazım Abbasov əvvəllər bir-neçə dəfə məhkum edilib.

O, 2011-ci ildə dələduzluq ittihamı ilə 4 il 6 ay həbs cəzası alıb. Daha sonra vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və saxta sənəddən istifadə ittihamları ilə 2 il müddətinə azadlıqdan məhrum edilib və 3500 manat cərimələnib.

Kazım Abbasovun daha sonra Azərbaycanı tərk etdiyi bildirilir.

Gununsesi-nin apardığı araşdırma zamanı məlum olub ki, “David Seliverstov” adı ilə tanınan Kazım Abbasov professor Qəzənfər Paşayevin qızı, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayevanın həyat yoldaşıdır. Qeyd edək ki, Təranə Paşayeva mərhum deputat Qənirə Paşayevanın əmisi qızıdır.

Onu da qeyd edək ki, “David Seliverstov” adı ilə çıxış edən şəxs özünü müxtəlif beynəlxalq hüquq müdafiə qurumlarının nümayəndəsi, yəhudi icması ilə əlaqəli şəxs və xeyriyyəçi kimi təqdim edib. O, Azərbaycan – İsrail münasibətlərinə dair tədbirlərdə iştirak edib və ictimai-siyasi dairələrdə müxtəlif əlaqələr qurmağa çalışıb.

araz.az xəbər portalı.