
Çoxəsrlik dövlətçilik ənənələrinin, sivilizasiya və tarix-mədəniyyətin beşiyi olan Naxçıvan ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında müstəsna yer tutur. Naxçıvan Azərbaycana və dünyaya xalqımızın böyük, əvəzedilməz, görkəmli şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyevi bəxş etmişdir.
Azərbaycanın müstəqillik tarixinin başlanğıc nöqtəsi də məhz Naxçıvandır. Böyük dövlət xadimi Heydər Əliyev 1990-cı il iyulun 22-də doğma Naxçıvana pənah aparması ilə Azərbaycanın ictimai-siyasi həyatında dönüş nöqtəsi yaranmışdır. Müstəqil Azərbaycanın simvollarından olan üçrəngli bayrağımız ilk dəfə məhz Ulu Öndər tərəfindən Naxçıvan Ali Məclisində dalğalanmışdır. Üstəlik, Heydər Əliyev Naxçıvanın blokadadan çıxmasını təmin edərək, böyük inkişaf yoluna çıxarıb.
Prezident İlham Əliyev də Muxtar Respublikaya hər zaman yüksək diqqət və qayğı göstərib və buraya 15-dən artıq səfər edib. Son illərdə Naxçıvana olan xüsusi diqqət daha da artıb, Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonları kimi, Muxtar Respublikaya da, irihəcmli sərmayələr qoyulur, biznes güzəştləri tətbiq olunur. Bütün bunlar Naxçıvanın inkişafında yeni mərhələ açır.
Avqustun 11-də Naxçıvanda olan Prezident İlham Əliyevin bu səfəri isə xüsusi siyasi və rəmzi məna daşıyır. Əvvəlki səfərdən ötən 3 il ərzində bölgədə çox mühüm dəyişikliklıər baş verib, Rusiya-Ukrayna və ABŞ-İran müharibəsi yerləşdiyimiz regionda bir sıra yeni reallıqları meydana çıxarıb ki, baş verən fraqmentasiyalar fonunda Naxçıvanın da regional kommunikasiyaların əsas strateji nöqtələrindın biri kimi rolu və əhəmiyyəti artıb.
Ötən il avqustun 8-də Vaşinqtonda imzalanmış sülh sənədinin əsas bəndlərindən biri, Tramp adlanan Zəngəzur dəhlizinin çəkilişinin təmin edilməsidir ki, bu dəhliz Azərbaycanın Naxçıvanla birbaşa quru bağlantısını təmin edəcək, eyni zamanda yeni regional nəqliyyat kommunikasiyaları – Orta Dəhlizi formalaşacaq. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dəstək səhifəsi Azərbaycanın Naxçıvan üzərindən Türkiyə ilə birbaşa əlaqəsini yaradacaq. Eləcə də, Ermənistanın bölgədə Naxçıvan vasitəsilə digər ölkələrə çıxışı açılacaq. Bir sözlə, Naxçıvan Şərqin və Qərbin qapısı olmaq imkanlarını bu gün daha real şəkildə əldə etməkdədir.
Bütün bunların konteksində Cənab İlham Əliyevin səfəri çox mühüm hadisə sayıla bilər. Səfər çərçivəsində dövlət başçısının sosial-iqtisadi və mədəni sahələrdə digər mühüm layihələrin açılış və təməlqoyma mərasimlərini keçirməsi nəzərdə tutlub ki, bu da, Naxçıvanın sürətli inkişafını təmin edəcək.

Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor
araz.az xəbər portalı.