Bura Təhsil Texnologiya Mərkəzinin yeməkxanasıdır. Yeməkxanada nə olmalıdır? Əlbəttə, yemək! Amma nə var? Elm və Təhsil Nazirliyinin milyonlarla məbləğ dəyərində xaricdən aldığı avadanlıqları gətirib, yeməkxanaya yığıblar.

Məsələ bu qədər sadə deyil. Videoda lentə alınan vakuum aparatının maya dəyəri 28500 manatdır. Vakuum aparatının yanındakı material dəstinin maya dəyəri isə 57000 manatdır. Təbii ki, qanuni olaraq, məhsulların üstünə ƏDV də əlavə olunacaq. Amma əsl həngamə bundan sonra başlayır.

Belə ki, vakuum aparatı E. Əmrullayevin qaynı Nihad Hənifəyevin rəhbərlik elədiyi şirkət tərəfindən alınıb. O da üzərinə öz qazancını qoyub öz çevrələrinə daxil olan başqa bir şirkətə satacaq, həmin şirkət də üzərinə öz qazancını qoyub daha baha qiymətə dövlətə satmalı olacaq. Yəni, ortada itirən dövlət büdcəsidir. Bu, illərdir belədir.

Görəsən, xaricdən idxal olunan məhsul elə birinci əldən alına bilməzdi? Bilər, amma bu nazirin və ətrafındakıların biznes maraqlarına uyğun gəlmir. Yəni eyni məhsul bir neçə mərhələdən keçdikdə bahalaşır və sonuncuda onun haqqını dövlət büdcəsi ödəyir.

Qeyd edim ki, bu məhsullar anbarlarda saxlanılmalıdır.

Samir FEYRUZOV

araz.az xəbər portalı.