Məhəmməd ƏSƏDULLAZADƏ
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert

Rusiyada Azərbaycan diasporuna qarşı növbəti təzyiqlər və həbslər həyata keçirilir. Moskva yeniden Azərbaycanla münasibətləri böhrana yuvarlayır.

Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradıb. Artıq Azərbaycan orta güc olub və Rusiya bununla razılaşmalıdır. Azərbaycanla Rusiya arasında siyasi böhran bir neçə müddət idi ki, həllini tapmışdır. Bunu Moskva tərəfi rəsmi şəkildə vurğulayırdı. Amma, göründüyü kimi, Kreml kütləvi informasiya vasitələrində anti-Azərbaycan kampaniyasına start verdi. Ardınca da diaspora qarşı təzyiqlər başlanıldı.

Qeyd edim ki, yeni siyasi nizama uyğun olaraq, Rusiya — Azərbayacan əlaqələri əvvəlki kimi normal olmayacaq. Çünki, Cənubi Qafqazda yeni siyasi transformasiya Moskvanı qane etmir. Ona görə də, bu siyasi nizamın müəllifi olan Azərbaycanla münasibətlər gərgin fazada davam edəcək.

Rusiya Çin və Şimali Koreya istisna olmaqla, bütün qonşulari ilə gərgin münasibətlərə malikdir. Çin və Şimali Koreyadan asılı olduğu üçün onlarla problemə getmir.

Azərbaycanla münasibətlərin korlanmasına gəldikdə Kreml rəsmi Bakının Ukrayna və Ermənistanla siyasətindən narazıdır. Azərbaycan Ukrayna ilə siyasi və digər humanitar sahələrdə əməkdaşlıq edir. Bundan sonra da bu əməkdaşlıq olacaq. Rusiyanın bu isterikası və prezident V. Putinin qonşu ölkələrinə qarşı aqressivlik nümayiş etdirməsi Rusiyaya etimadı sıfıra endirir.

araz.az xəbər portalı.