ABŞ Prezidenti Donald Tramp ölkəsinin silahlı qüvvələrinin Hörmüz boğazı ərazisində İrana məxsus yeni silah sistemlərini məhv etdiyini bildirib. Tramp bunu Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.ABŞ Prezidenti Donald Tramp ölkəsinin silahlı qüvvələrinin Hörmüz boğazı ərazisində İrana məxsus yeni silah sistemlərini məhv etdiyini bildirib.

Arazpress.com bildirir ki, mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında artıq İran və ABŞ arasındakı münasibətlərin tam gərgin mərhələyə qədəm qoyduğunu müşahidə etdiyimizi deyib:

“Demək olar ki, yenə böyük bir müharibənin ərəfəsində olduqları açıq görünür. ABŞ Prezidenti Donald Tramp ölkəsinin silahlı qüvvələrinin Hörmüz boğazı ərazisində İrana məxsus yeni silah sistemlərini məhv etdiyini bildirməsi də bu müharibənin davamiyyətini göstərir.

ABŞ Prezidenti Donald Tramp ölkəsinin silahlı qüvvələrinin Hörmüz boğazı ərazisində İrana məxsus yeni silah sistemlərini məhv etdiyini bildirməsi ABŞ və İran arasında gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Hörmüz boğazında ABŞ və İran arasında baş verən son hərbi qarşıdurmalar iki ölkə arasındakı gərginliyin yeni və daha təhlükəli mərhələyə keçdiyini açıq şəkildə göstərməklə yanaşı İranın Körfəz ölkələrini yenidən vurması ümumiyyətlə regionda təhlükənin artmasından xəbər verir.

Bu hərbi addım və ABŞ qüvvələrinin İranın radar, raket qurğuları və mina yerləşdirmək cəhdlərinə qarşı zərbələri böhranın sadəcə diplomatik müstəvidən birbaşa aktiv hərbi qarşıdurma mərhələsinə keçdiyini bir daha təsdiqləyir”.

Politoloq qeyd edib ki, İranın mümkün cavabı ilə qarşıdurmanın genişlənməsi gözlənilir:

“İran regiondakı ABŞ hərbi bazalarına və obyektlərinə qarşı raket zərbələri və ya asimmetrik dəniz taktikaları ilə cavab verməyə çalışır ki, bu da müharibənin daha geniş masştabda davamlılığına aparır.

Tərəflər bir-birini sərt cavab tədbirləri ilə hədələdiyindən, qarşıdurmanın bütün Yaxın Şərqi əhatə edən daha genişmiqyaslı regional müharibəyə çevrilmə riski yüksək olaraq qalır. Bu da digər dövlətlərin təhlükəsizliyinə əsaslı mənfi təsir göstərir.

Hörmüz boğazı qlobal neft daşımalarının əsas arteriyası olduğundan, burada hərbi gərginliyin artması Fars körfəzi ölkələrinin enerji infrastrukturu və təhlükəsizliyinə birbaşa təhdid yaradır. Bölgədəki digər dövlətlər üçün iqtisadi böhran, təchizat zəncirinin pozulması, hərbi eskalasiyanın onların ərazisinə sıçramaq təhlükəsi kəskin şəkildə artırır. Ümumiyyətlə, davam edən bu qarşıdurma regionda da gərginliyi artırır, eyni zamanda dünya iqtisadiyyatına böyük zərbə vurur”.

araz.az xəbər portalı.