Türkiyənin Bandırma şəhərində yerləşən Anadolu Liseyində Azərbaycanın milli-mənəvi dəyərlərinə və qəhrəmanlıq tarixinə verilən önəm diqqət çəkir.

Arazpress.com-a verilən məlumata görə, məktəbin divarlarında Azərbaycanın görkəmli dövlət xadimi Əbülfəz Elçibəy və Azərbaycanın Milli Qəhrəmanı Şəhid Mübariz İbrahimovun portretləri asılıb.

Bu görüntü Azərbaycan — Türkiyə qardaşlığının yalnız dövlətlərarası münasibətlərlə məhdudlaşmadığını, ortaq tarixin və qəhrəmanlıq ruhunun gələcək nəsillərə də ötürüldüyünü göstərir.

Bir millət, iki dövlət — ortaq tarix, ortaq yaddaş, ortaq gələcək!

araz.az xəbər portalı.