Tural İRFAN,
ilahiyyatçı alim və siyasi şərhçi

Fars şüubiyyəsi İslam və müsəlmanlar daxilində fəaliyyət göstərə bilmək üçün məzhəb qiyafəsi geyindi. İslamdan çıxıb öz dinlərinə qayıtdıqlarını açıq elan etsəydilər şəriətin ağır cəzalarına tuş gələcəkdilər. Ona görə özünü gizlətmə, təqiyyə prinsipini rəhbər tutub zahirdə müsəlman kimliyini pərdə kimi qorudular.

Əvvəlcə xilafətin parçalananmasında rol oynadılar. Hətta ikinci xəlifəyə sui-qəsd edib öldürdülər. Sonra başladılar İslamı və müsəlmanları parçalamağa, Sasani imperiyasının heç olmasa ideoloji sərhədlərini bərpa etməyə. Fürsət düşdükcə xırda dövlətlər yaratdılar. Büveyhilər, Qərmətilər, Həşşaşilər adı ilə ortaya çıxıb terror təşkilatları qurdular. Mötədil İslama, ərəb və türklərə qarşı mübarizəyə davam etdilər. Müəyyən fasilələrlə şüubiyyə farsları hətta türk və ərəblərin də bir qismini əldə alət edə bildilər.

Belə oldu ki, Livanda, Suriyada, Fələstində Druzlar, Nuseyri Ələvilər, İsmaililər və digər ekstremist qruplar məzhəb, təriqət adı ilə ortaya çıxdı. Bu qruplar İslama və müsəlman ümmətinin birliyinə qarşı hər zaman düşmən, işğalçı qüvvələrlə, səlibçilərlə iş birliyi edir, öz ölkələrini yadlara satırdılar. Fatimilərin Qüdsü səlibçilərə təhvil verməsi, Qərmətilərin Kəbədə Həcc zamanı müsəlmanları qırıb Zəmzəm quyusuna doldurması, Qara Daşı ortadan sındırıb apararaq öz liderlərinin ayağı altında 19 il saxlaması, Həşşaşilərin Səlcuqlu türk sultanlarına silsilə terror etmələri və hazırki molla rejiminin Suriyada, İraqda ABŞ və digərləri ilə əlbir olub müsəlmanlara qarşı genosid törətməsi buna misaldır.

Kökünü orta əsrlərdə qoyduqları, üzdə dini kimlik daşıdığını dedikləri, əslində isə siyasi, ideoloji partiya, təşkilat xarakterli təriqətlərin əli ilə müəyyən şəxsləri müsəlman ölkələrində başa keçirib Sasani imperiyasının bərpası uğrunda mübarizəyə davam edirlər. Qərbin səlibçi dairələri də İslamı və müsəlmanları hədəf seçən bu ideoloji xəttə tarix boyu yaşıl işıq yandırıb. Hafiz Əsəd də Ələvi Nuseyri idi. Siyasi ideologiyası isə Livan əsilli yunan Mişel Əflakın “BƏƏS” (Ərəb sosializmi) ideologiyası idi. Lakin bu bir aldatmaca idi. O cür olmasaydı ərəbləri buraxıb fars və teokratik rejim olan molla rejimini dəstəkləməzdi. Xüsusən qonşu İraq da o dövrdə həmin ideologiyanı rəhbər tuturdu. Demək fars şüubiyyəsi üzdə demokratiya, sosializm kimi prinsipləri əsas tutduğunu rəsmən elan etsə də batində sırf İran və Sasaniçiliyə xidmət edir. Hafiz Əsəd hakimiyyəti ələ keçirəndə ölkənin böyük əksəriyyətini təşkil edən müsəlmanlar etiraz etdi. Nəticədə ərəb əsilli olmayan müfti Koftaru və İran əsilli Musa Sədr fətva verib bütün İslam alimlərinin icması tərəfindən qeyri – müsəlman olmaları xüsusunda yekdil rəy olan Ələvi, yəni Əlallahı Hafiz Əsədi müsəlman elan etdilər. Arada da məsdidə aparıb bayram namazlarında görüntüsünü yaydılar ki, guya müsəlmandır. Və nəticədə ata və oğul Əsədlərin erməni, fars məhəbbəti siyasi səhnədə türk, müsəlman düşmənçiliyi qismində davam etməyə başladı. Süni düşmən obrazı kimi də təbii ki, İsrail seçildi. Beləcə Livanda da fars əsilli Musa Sədrin əli ilə parçalanma yaradıb məlum təşkilatları qurdular. Musa Sədr Liviyada da eyni addımı atmağa çalışarkən Qəddafi tərəfindən heç bir izi tapılmadan yoxa çıxarıldı. Hələ də aqibəti məlum deyil.

İllər öncə Səudiyyə Ərəbistanında Qətif bölgəsində bölücü təşkilatlanma və terror təşkilatı qurmaq üçün Ayətulla Nimr adlı şəxsə İranda təlim verilib önə çıxarıldısa da Ərəbistan hökuməti onu edam etdi.

Lakin Yəməndə Sasanilər zamanından soyu qalmış kütlənin məzhəbini dəyişib Husilər adı altında təşkilatlandıra, ölkəni parçalaya bildilər. Süni düşmən obrazı olaraq da yenə İsrail seçildi. Çünki Livan, Suriya, Yəmən kimi ölkələrdə bu cür təşkilatının varlığını əsaslandırmaq üçün guya İsrailə qarşı mübarizə adı altında qorudular. Bu təşkilatlara qarşı çıxanları guya İsraillə mübarizəyə qarşı çıxırmış kimi baykot edib müsəlmanları aldada bildilər. Halbuki Əsəd rejimi, Hizbullah, Ənsarullah, İran rejimi özü və digərləri də daxil olmaqla Fələstinin bir qarış torpağını indiyəcən azad etməyiblər. Əksinə İsrailin əlinə əsas verən təxribatçı savaşlar yaradıb İsrailə on minlərlə müsəlmanın qanını tökdürüblər. Məqsəd İsrailə qarşı vahid cəbhənin yaranmasının qarşısını almaq olub ki, bu günə qədər də qarşısını ala biliblər. Hazırda bu problemin həlli üçün Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və aparıcı müsəlman ölkələri hərəkətə keçib. Suriyada artıq sözü gedən şüubiyyə demək olar ki, çöküb normal dövlət bərpa olunub. İndi Yəməndə İran tərəfindən parçalanmış dövlətin bərpası uğrunda mücadilə gedir. Növbədə İraq və Livandır. Bu ölkələr fars şüubiyyəsinin nəfəsindən azad olduqdan sonra, bütün terror-təxribat bəhanələri kəsildikdən sonra Fələstin probleminin sivil həllinə də heç şübhəsiz qapılar açılacaqdır.

Qeyd edək ki, eyni silsilə ilə fars şüubiyyəsi zaman-zaman Azərbaycanda da müəyyən təxribatlar yaradaraq dövləti parçalamaq, oxşar proksi təşkilatlar yaratmağa cəhdlər edib. Lakin qarşısı alınıb. Ancaq hazırda Borçalıda tam sosial baza hazırlayıb, əgər qarşısı vaxtında alınmasa yaxın vaxtlarda növbəti proksi qüvvənin ortaya çıxmasına şahidlik edə bilərik.

Türkiyədə də növbəti Şahqulu üsyanına tam hazırlıq gedir. Şüubiyyə şəbəkəsi Türkiyədəki dinə meylli hakimiyyətin yaratdığı münbit şəraitdən istifadə edərək təşkilatlanır. Ola bilsin Yəməndən sonrakı proseslərin tərkib hissəsi olaraq bu məsələlərə də xüsusi diqqət ayrılacaq.

araz.az xəbər portalı.