
“Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev BRTV-nin qonağı olub. Arazpress.com bildirir ki, verilişdə çıxışı zamanı sədr Azərbaycan – Türkiyə münasibətlərinin tarixi və qardaşlıq bağlarının əhəmiyyətindən danışaraq, cəmiyyətdə qarşıdurma yarada biləcək təxribat xarakterli məlumatlara qarşı diqqətli olmağın vacibliyini vurğulayıb.
Şahin Əliyev müasir dövrdə Azərbaycan və Türkiyə arasında “Səfəvi – Osmanlı internet müharibəsi” təsəvvürünün yaradılmasına yol verilməməli olduğunu bildirərək, müxtəlif radikal qrupların yaydığı məlumatlara tənqidi yanaşmağa çağırıb.
Şahin Əliyev həmçinin Azərbaycanda hicab məsələsi ilə bağlı yayılan məlumatlara toxunaraq, bu mövzuda dezinformasiyalara deyil, etibarlı və rəsmi məlumatlara əsaslanmağın vacibliyini qeyd edib.
Proqramda Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova da çıxış edib. Sənətçi “Çırpınırdın Qaradəniz”, “Turan marşı”, “Türksoy” və “Kardeşlik Çağrısı” mahnılarını ifa edərək Azərbaycan – Türkiyə qardaşlığı və Türk dünyasının birliyi mesajlarını səsləndirib.
Verilişin aparıcısı və BRTV-nin sahibi Mehmet Çetinkaya, qonaqları isə Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova və “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev olub.

araz.az xəbər portalı.