
İstanbulun Sabiha Gökçen hava limanında pasport nəzarəti sistemi çöküb. “Araz” qəzeti bildirir ki, bu barədə qardaş ölkənin media vasitələri təcili xəbərlərini yayıblar. Xüsusi olaraq onu vurğulayıblar ki, Türkiyənin ən böyük şəhərinin bu mühüm hava limanında baş verən bu hadisə ağlagələn deyil.
Mətbuat xəbər verir ki, sistemin çökməsi nəticəsində pasport yoxlama prosesi dayanıb və bu səbəbdən uçuşlar dayandırılıb.
Məlumata görə, yüzlərlə sərnişinin saatlarla gözlədiyi hava limanında uzun növbələr yaranıb: “Bəzi sərnişinlər havasızlığıa dözə bilməyib huşunu itirib”.
Hava limanı yerli vaxtla saat 18.20-də problemin Polis İdarəsinin POLNET sistemindən qaynaqlandığını qeyd edib və nasazlığın artıq aradan qaldırıldığını açıqlayıb .
Həmin açıqlamanı aşağıda təqdim edirik:
araz.az xəbər portalı.