Diplomu ləğv edilən Əkrəm İmamoğlunun artıq başqa ittihamla saxlanıldığı deyilir. Onun ittiham edildiyi maddələr də məlum olub.

Araz bildirir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan terror, rüşvət və korrupsiya istintaqı çərçivəsində Əkrəm İmamoğlu, onun müşaviri Murat Ongun, Beylikdüzü Bələdiyyə Başçısı Murat Çığlık və Şişli Bələdiyyə Başçısı Resul Şahan da daxil olmaqla 100 nəfər haqqında həbs qərarı çıxarılıb.

Təqsirləndirilən şəxslər cinayətkar təşkilatın rəhbəri olmaq, cinayətkar təşkilata üzv olmaq, qəsb etmə, rüşvətxorluq, dələduzluq, qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi, tenderin saxtalaşdırılmasında ittiham olunaraq saxlanılıblar.

araz.az xəbər portalı.