Yasamalda qadının evini başına uçurulması ilə bağlı mətbuatda yayımlanan materialda “Melissa Group”un rəhbəri kimi təqdim edilən şəxsə aid foto səhv verilib.

Məqalələrdə Qalib Məmmədov kimi təqdim edilən şəxs əslində Mehdiyev Faiq Fəman oğludur. Bu yanlışlıq ciddi narahatlığa səbəb olub.

“Araz” bildirir ki, Faiq Mehdiyev “Bakupost”a açıqlamasında vaxtilə “Melissa Group”da çalışdığını deyib. Amma heç vaxt şirkətin rəhbəri olmadığını bildirib.  Görünür, elə buna görə də internetdə “Melissa Group” rəhbəri Qalib Məmmədov haqqında axtarış verildikdə, səhvən Faiq Mehdiyevin fotosu çıxır.

Fotoda: Faiq Mehdiyev

Fotoda: “Melissa Group”un rəhbəri Qalib Məmmədov

 

araz.az xəbər portalı.