
“Prezident Tramp İrana açıq şəkildə seçim imkanı verib: Ya danışıqlar aparacaqsan, ya da bədəlini ödəyəcksiniz!”
Arazpress.com xəbər verir ki, bu sözləri Ağ Evin sözçüsü Karolina Leavit brifinqdə deyib və geniş şəkildə xarici mətbuatda yayılıb.
Karolina Leavitt ABŞ və İran arasında birbaşa danışıqlarla bağlı gözləntilər haqda geniş danışmaq istəmədiyini qeyd edib: “Prezident Trampın mesajını bilirsiniz. Əgər İran diplomatiya yolu ilə razılığa gəlmə yolunu seçməsələr, – hərçənd onların bu yöndə hərəkət etdiyini görürük, – o zaman bunun ciddi nəticələrini görəcəklər”.
Mətbuat katibi Trampın İrana qarşı yeni sanksiyalar tətbiqinə də toxunub: “Biz danışıqlar yolu ilə razılaşmaya uyğun davranacağıq”.
Amerika mətbuatı isə yazır ki, Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun İranla birbaşa danışıqlari səbirsizlilə gözləyir.
Qeyd edək ki, belə bir görüş aprelin 12-də — şənbə günü gözlənilir. /mia.az/
araz.az xəbər portalı.