
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri siyahısında 33-cü yerdədir.
Arazpress.com xəbər verir ki, siyahı dünyanın həyat səviyyəsi və dəyərini ölçən ən iri məlumat bazası olan “Numbeo”nun saytında yer alıb.
147 ölkə arasından tətbiq edilən siyahını ən təhlükəsiz ölkə kimi Andorra açır, ən sonda Venesuela yer alıb.
Azərbaycan 33, Gürcüstan 21, Türkiyə 57, İran 93, Rusiya isə siyahıda 51-ci yerdədir.
Maraqlısı budur ki, siyahıda ən təhlükəsiz ölkələrin ilk onluğunda Ermənistan da yer alıb. Hazırki reallıqlar nəzərə alınaraq, Ermənistanın bu siyahıda 8-ci yerdə olması inandırıcı görünmür. /Globalinfo.az/
araz.az xəbər portalı.