
Sumqayıt şəhərindəki Sülh prospektində yerləşən “Jalə” ticarət mərkəzində başlayan yanğın tam söndürülüb.
Bu barədə Arazpress.com Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən xəbər verir.
Məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə Sumqayıt şəhərinin Sülh və Nərimanov küçələrinin kəsişməsində yerləşən ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli ticarət mərkəzində baş vermiş yanğının genişlənməsinə, o cümlədən yaxınlıqdakı digər obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
araz.az xəbər portalı.