Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfathesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 4 tender müsabiqəsi elan edib.

Arazpress.com Yeniavaz.com-a istinadən xəbər verir ki, tender müsabiqələrinin ehtimal olunan ümumi qiyməti 105 milyon 499 min 762 manat 39 qəpik təşkil edir.

Qeyd edək ki, tender müsabiqəsi aşağıdakı işlərin görülməsi ilə bağlıdır:

Bakı şəhərinin, Nizami, Yasamal, Binəqədi, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində səkilərdə, həyətlərdə, park və xiyabanlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması – 24 999 810,01 azn.

– Bakı şəhərinin, Nərimanov, Nəsimi, Səbail, Xətai, Sabunçu rayonları ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması – 31 999 952,38 azn.

– Bakı şəhərinin, Nəsimi, Yasamal, Xətai, Suraxanı, Sabunçu rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satın alınması – 24 000 000 azn.

– Bakı şəhərinin, Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satın alınması – 24 500 000 azn.

araz.az xəbər portalı.