Xalq şairi Vahid Əziz Sevgililər Günü ilə bağlı maraqlı açıqlamalar verib. 

Arazpress.com xəbər verir ki, görkəmli şair deyib ki, bizim özümüzün milli Sevgililər Günümüz olmalıdır:

 «Niyə bizim milli Sevgililər Günümüz olmasın? Bütün gənclər 14 fevralda tuturlar ki, Müqəddəs Valentin günüdür. Amma onu tanıyan yoxdur. Bilmirlər ki, Müqəddəs Valentin özü şərəfsizin, alçağın, tərbiyəsizin biri olub. Hökmdar onu edam etdirib. Sonra onun özü kimi biri ortalığa çıxıb, hökmdar onu taxtın başına çıxarıb,  adını da qoyub ki, Müqəddəs Valentin.

Bir-neçə il bundan əvvəl  İctimai Televiziya gözəl təşəbbüslə önə çıxdı. Məsələ qaldırdılar ki, İlhamla Fərizənin toy gününü Sevgililər günü etsinlər. Amma, bu, ayaq alıb yerimədi. Məncə, dövlətdə ideologiya ilə məşğul olan insanların diqqətini cəlb etməli, möhtərəm Prezidentimizə təklif verməliydilər.

Mən bir-neçə millət vəkilinə də demişəm ki, parlamentdə məsələ qoysunlar. Bir kəlmə Prezidentimiz İlham Əliyev, ya da Birinci Vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyeva desə ki, bu günü Sevgililər Günü etmək lazımdır, onda bitdi. Bunun tərbiyə və əhəmiyyəti böyük olar».

Maraqlı təklifdir, deyilmi! Bunun çoxları tərəfdarıdır. Gec də olsa, bu ciddi məsələ diqqət mərkəzinə gətirilməlidir. Tam əminliklə demək olar ki, bu, tezliklə deyilən kimi olacaq. Bunu Xalq şairi də elə-belədən deməyib.

araz.az xəbər portalı.