“Şərurlu İsfəndiyar” ləqəbli tikinti maqnatı İsfəndiyar Axundovun son vaxtlar barəsində yazılanların və deyilənlərin həddindən artıq olması onu deməyə əsas verirdi ki, deyəsən, bu iş adamını da yaxşı olmayacaq nələrsə gözləyir.

Bu təkcə sadə camaat arasında deyilənlər yox, həm də baş verən olayların önəmli təhlilini verməyi bacaranların gəldikləri nəticələr idi.

Artıq, deyilənlərin sübutu ola biləcək bir fakt ortadadır. Yəni, “Şərurlu İsfəndiyar”ın oğlundan yaxşı olmayan xəbər var.

Arazpress.com unikal.az-a istinadən tikinti maqnatının oğlu Şahin Axundovun həbs edilməsi barədə xəbəri diqqətinizə çatdırır. Həbsin dəqiq olub-olmaması və səbəbi barədə isə əlimizdə məlumat yoxdur. Bu xəbər diqqətimizdədir və bu barədə araşdırmamızı davam etdiririk. 

araz.az xəbər portalı.