
Roma Papası Fransisk 88 yaşında komaya və ürək dayanmasına səbəb olan insultdan vəfat edib.
Arazpress.com xəbər verir ki, bu barədə rəsmi tibbi rəydə bildirilib.
“Ölüm 2025-ci il aprelin 21-də səhər saatlarında Vatikandakı mənzillərində qeydə alınıb”, –– deyə rəydə qeyd edilib.
Qeyd edək ki, bir müddətdir səhhətində problemlər yaşayan Papaya ikitərəfli pnevmoniya, çoxsaylı bronxoektaz və hipertoniya ilə kəskin tənəffüs çatışmazlığı diaqnozları qoyulmuşdu.
araz.az xəbər portalı.