
“Qobu Park – 2” yaşayış kompleksində vətəndaşlar yaşadıqları mənzillərin divarlarının çatlamasından narazıdırlar. Aidiyyatı qurumlar problemdən müvəqqəti çıxış yolunu divarlara sement vurmaqda görsələr də, sakinlər bununla razılaşmırlar.
Arazpress.com xəbər verir ki, bu barədə danışan sakinlərin sözlərinə görə, yeraltı qrunt suları binanın bünövrəsini yumşaltdığı üçün, artıq əyilmələr yaranır.
Sözügedən hal yekunda divarlarda çatların meydana gəlməsi ilə nəticələnir.
Qeyd edək ki, sözügedən binaların inşası başında deputat Ağalar Vəliyevin dayandığı “Kristal Abşeron” tərəfindən həyata keçirilib.
Yəni, yenə də Ağalar Vəliyev! Yenə də “Kristal Abşeron”! /DİA-AZ/
araz.az xəbər portalı.